"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb
Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Future Energy Company"nin ("Masdar") törəməsi “Source Trading Company” və Çinin “LONGi” şirkəti arasında 230 meqavatlıq (MVt) "Qaradağ" Günəş Elektrik Stansiyası üçün günəş fotovoltaik (PV) modullarının tədarükü ilə bağlı müqavilə imzalayıblar.
Bu barədə xarici mətbuat xəbər verir.
Bildirilir ki, imzalanma mərasimində “LONGi” Qlobal Satış və Marketinq Mərkəzinin MEA&CA regionu üzrə prezidenti Tsya Çao, Yaxın Şərq üzrə satış direktoru Qonzalo Bonelo və Yeni biznes qrupunun rəhbəri Baggio Teng iştirak ediblər.
“LONGi" Azərbaycanı təkcə onun iddialı təmiz enerji yolunda dəstəkləmək üçün deyil, eyni zamanda Yaxın Şərqdə və digər regionlarda "Masdar" ilə əməkdaşlığı daha da gücləndirilməsi üçün imkanların araşdırılmasına ümüd edir”, - Tsya Çao deyib.
Qeyd edək ki, Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən layihə, ildə yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Ümumi istehsal 110 mindən çox evin tələbatını ödəməyə, atmosferə atılan tullantıları ildə 200 min tondan çox azaltmağa və dəyərli iş yerlərinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, bu ilin mart ayında “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi. Həmçinin tədbirə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qatılmışdı.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
9 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 11 d. əvvəl
-
21 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 29 d. əvvəl
-
51 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 53 d. əvvəl
-
58 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















