Azərbaycanda avtomobillər üçün yuyucu və təmizləyici vasitələrin istehsalına başlanılıb
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.
Müəssisə mikro- və makro- silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nano-hissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur.
Belə ki, “Proline Chemicals” MMC-də avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, otel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.
Müəssisədə istehsal olunan məhsullar avtomobillərin lak-boya örtüyü, avtomobil şüşələri (ön, yan və arxa), faraları və güzgüləri, məişət avadanlıqları (pəncərə şüşələri, kafel, metlax, duş kabinələrinin şüşələri, keramik çanaqlar), eləcə də inzibati binaların şüşə səthlərində tətbiq olunma imkanına malikdir.
Qeyd edək ki, “Proline Chemicals” MMC mövcud istehsal bazası əsasında AMEA YTP ərazisində icra etdiyi layihə üzrə istehsal üçün tələb olunan bütün lazımi mühəndis-kommunikasiya xətləri ilə təmin olunub. Ərazi logistika baxımından Bakı şəhərinin əlverişli hissəsində yerləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
9 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 11 d. əvvəl
-
21 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 29 d. əvvəl
-
51 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 53 d. əvvəl
-
58 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib























