Azərbaycan taksi xidmətlərinin bahalığına görə MDB-də ikinci yerdədir
Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.
“Numbeo” qlobal verilənlər bazasının hesabatı əsasında aparılan hesablamalara görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Taksi xidmətlərinin baha qiymətinə görə, dünyada birinci yeri İsveçrə tutur – bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ - 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Artan qiymət göstəricisi üzrə ölkələr aşağıdakı ardıcıllıqla təqdim olunur:
Ölkələr (MDB) | Yerli valyuta | Azərbaycan manatı | |
1 | Belarus | 0,50 BYN | 0,25 |
2 | Qırğızsan | 15 KGS | 0,32 |
3 | Özbəkistan | 2209,49 UZS | 0,34 |
4 | Moldova | 4 MDL | 0,36 |
5 | Ermənistan | 100 AMD | 0,39 |
6 | Tacikistan | 2,88 TJS | 0,44 |
7 | Rusiya | 20 RUB | 0,57 |
8 | Qazaxıstan | 150 KZT | 0,59 |
9 | Azərbaycan | 1 AZN | 1 |
10 | Türkmənistan | 3 TMT | 1,46 |
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























