“Azərbaycan İnvestisiya Şirkəti” İtaliya şirkətilə saziş imzaladı
Plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınacaq.İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, zəngin bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu prioritetin reallaşdırılmasında “Technip Energies” şirkəti ilə enerji keçidi, “yaşıl” texnologiya, sənayenin rəqəmsallaşdırılması, tullantıların idarə edilməsi və monetizasiyası, dəniz külək enerjisi və digər layihələrin icrası beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusilə əhəmiyyətlidir.
Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” İstehsalat Birliyinin xammal bazasının genişləndirilməsi və “yaşıl sertifikat”ın əldə edilməsi planlaşdırılır. Məhsulun bir hissəsi yüksək istilik dəyərinə görə həmçinin, turbinlərdə enerji istehsalı üçün də istifadə oluna bilər. Sumqayıt şəhərində inşa edilməsi planlaşdırılan zavodun istehsal gücü ildə 30.000 ton olefin (qaz qarışığı), 10.000 ton yanacaq qazı təşkil edəcək.
Layihənin həyata keçirilməsi ölkədə karbon tullantılarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, şəhər tullantılarının emalında xərclərin aşağı salınmasına, “yaşıl” texnologiyaların tətbiqi ilə dairəvi iqtisadiyyatın dəstəklənməsinə, tullantıların innovativ və davamlı emalına töhfə verəcək.
Qeyd edə ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan İtaliyanın “Technip Energies S.p.A” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















