Azərbaycanda Almaniya brendinin mağazaları açılır
“Veysəloğlu-Rossmann” MMC "Rossmann" mağazalarını açacaq.Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda Almaniyanın "Rossmann" şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarını xüsusi mağazalar vasitəsilə satışını həyata keçirəcək.
Marja.az xəbər verir ki, artıq “Veysəloğlu-Rossmann” MMC dövlət qeydiyyatına alınıb. Bu şirkət tərəfindən tezliklə "Rossmann" mağazaları istifadəyə veriləcək. Hazırda mağazalar şəbəkəsi üçün işçilərin cəlb edilməsi prosesi aparılır.
“Veysəloğlu-Rossmann” şirkəti 2022-ci ilin Yanvar ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilşisi Aydan İsmayılova, hüquqi ünvanı Bakı, Nizami rayonu, Keşlə qəsəbəsi, ev 2-dir.
"Rossmann" şirkəti 1972-ci ildə Dirk Rossmann tərəfindən qurulmuş, ilk öncə Avropada, daha sonra dünya nəhənginə çevrilmişdir. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, Albaniya və Türkiyədə 4500-dən çox mağazası fəaliyyət göstərir.
"Rossmann" mağazalarında dəri və bədən, ağız və diş, saç, körpə qulluğu məhsulları, ətirlər, məişət təmizliyi, orqanik qida məhsulları, qəlyanaltı qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s. satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






