Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq
“Bakı Enerji Həftəsi” çərçivəsində Şuşada “Xalis sıfıra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiya keçirilib. Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətinin oxunması ilə başlayıb. Sessiyada açılış nitqi ilə çıxış edən energetika naziri Pərviz Şahbazov bu tədbirin “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn, öz inkişaf axarına qovuşan Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyaları istismara verilib. Bu il daha 5 stansiya istifadəyə veriləcək. Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiya inşa və bərpa edilib, hazırda 7 yeni yarımstansiya tikilir, 8-nin də inşası planlaşdırılır. Strateji hədəflər isə daha böyükdür: “Azərbaycan bu ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” elan etməsi mütərəqqi inkişaf siyasətinin örnəyidir.”
Bu bölgənin “Yaşıl enerji zonası” Konsepsiyasının həyata keçirilməsi üçün ideal ərazilər olduğunu vurğulayan nazir Cəbrayılda 240 meqavatlıq günəş enerjisi üzrə bp ilə əməkdaşlıq edildiyini, qarşıdakı illərdə 83 MVt gücündə 18 kiçik su elektrik stansiyasının və 150 MVt damüstü günəş sistemlərinin də qurulmasına özəl və xarici investisiyanın cəlbinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının istismara verilməsi, bütün bunlarla birgə yeni meqa layihələrin regionun “yaşıl” inkişafına töhfə verəcəyi vurğulanıb: "Tarix boyu mənəvi enerji mənbəyimiz olmuş Şuşa artıq “Yaşıl enerji zonası”nın mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq Şuşanın seçilməsi bunun daha bir təsdiqidir. Bu çoxmilyardlı investisiya təkliflərinin böyük bir qismi azad edilmiş ərazilərimizi əhatə edir. Bu, Azərbaycanın, bu bölgənin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir.”
Qeyd edək ki, sessiya SOCAR prezidenti vəzifəsini icra edən və birinci vitse-prezident Rövşən Nəcəf, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, “Masdar” şirkətinin nümayəndəsi Fauaz Al Muharrami, “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Klayv Turton, “Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutunun çıxışları ilə davam edib. Tədbir çərçivəsində Energetika Nazirliyi ilə “Masdar”, SOCAR ilə Masdar və bp arasında əməkdaşlıq sənədləri də imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 45 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib


















