SOCAR-dan “Premium” benzinin satışı ilə bağlı yayılan məlumatlara cavab
Son vaxtlar ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən bildirilib ki, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşma söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".
Məlumatda o da bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.
Xatırladaq ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.
“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
"A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "A-98" 1,9 manata, "A-95" isə 1,6 manata satılır. Bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)




