Avropa İttifaqı Rusiyadan neft idxalının 90 faizini qadağan edir - NEFT DAHA DA BAHALAŞDI
Avropa İttifaqı liderləri bazar ertəsi Brüsseldə keçirilən sammitdə təxirə salınmış neft embarqosunun həyata keçirilməsi üzrə siyasi razılıq əldə ediblər. Liderlər ilin sonuna qədər Rusiyadan neft idxalının 90%-ni mərhələli şəkildə dayandırmağa ümid edirlər. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edəcək 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Marja xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Von der Leyen gələcəkdə Rusiyadan tədarük olunan neftin 10 faizi məsələsini də yenidən nəzərdən keçirəcəklərini bildirib.
Von der Leyen Aİ-nin Rusiyadan neft idxalının üçdə ikisinin dəniz, üçdə birinin isə boru kəməri vasitəsilə həyata keçirildiyini qeyd edib.
"Mən Avropa Şurasında Rusiyaya qarşı Neft Sanksiyaları üzrə razılaşmanı alqışlayıram. Bu, ilin sonuna kimi Avropa ittifaqı Rusiyadan neft idxalını 90% azaldacaq", - fon der Leyen öz Twitter səhifəsində yazıb.
Təxminən bir aya yaxındır ki, Aİ ölkələri Rusiyaya qarşı Avropa Komissiyasının neft embarqosunu ehtiva etməli olan altıncı sanksiyalar paketi üzrə kompromis əldə edə bilmirdilər. Macarıstan bir sıra digər ölkələrin dəstəyi ilə bu tədbirlərə qarşı çıxmış və embarqonun qəbulundan yaranacaq zərərin Avropa iqtisadiyyatı üçün fəlakətli olacağını bildirmişdi.
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edəcək 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəldikləri barədə xəbərdən sonra Brent neftinin qiyməti 123 dolları keçib. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 3,2% bahalaşma ilə 123,20 dollardan ticarət olunub.
Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel bildirib ki, ittifaq üzvləri “Rusiya qazından, neftindən və kömüründən asılılığa mümkün qədər tez son qoymaq barədə razılığa gəliblər”.
Bu məqsədə çatmaq üçün aşağıdakı dörd bəndlik plan həyata keçiriləcək:
- enerjiyə qənaət;
- Rusiyanın yanacaq resurslarından (neft, qaz, kömür) uzaqlaşmaq;
- Bərpa olunan enerji mənbələrinə böyük investisiyalar;
- 300 milyard avro maliyyə vəsaitinin ayrılması, onun böyük hissəsi İqtisadi Bərpa və Xilasetmə Fonduna (RRF) yönəldiləcək.
Neftin bahalaşmasına səbəb olan başqa bir məsələ Çinin epidemiya tədbirlərini yumşaltmasıdır. İyunun 1-dən Şanxayda karantin tədbirlərinin ləğv ediləcəyi açıqlanıb.Şanxayda, taksilər də daxil olmaqla şəxsi nəqliyyat vasitələrinin hərəkətini bərpa etməyə və insanların aşağı riskli ərazilərə girib-çıxmasına icazə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















