May ayında Azərbaycanda qızıl hasilatı kəskin artıb
2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 min 741,6 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
May ayında isə 1 min 369,5 kq qızıl hasil edilib.
Hasil edilən qızıl emala göndərilib.
2016-cı ildə Azərbaycanda 1 min 894,1 kq qızıl hasil olunub, hasilatın həcmi 15% azalıb.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 13 d. əvvəl
-
25 d. əvvəl
Ziraat Bank Azərbaycan IX Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub!
- 33 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 BOKT-un öhdəlikləri 40 milyon manatdan çoxdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"1 hektar meyvə bağı 1 hektar taxıl sahəsindən daha çox gəlir gətirir"
-
2 saat əvvəl
"Aqrar sektorun ÜDM-də payının azalması normal haldır və narahat olunacaq məqam deyil" - NAZİR
-
2 saat əvvəl
"GFC" şirkətinin İordaniyadan idxal etdiyi 1,2 ton pendir məhv edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Noyabrın 22-də gözlənilən hava şəraiti
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
"Aqrar sektorun ÜDM-də payının azalması normal haldır və narahat olunacaq məqam deyil" - NAZİR
Ən çox oxunanlar
Nazir: Ən böyük artımı quşçuluqda - həm ət, həm yumurta istehsalında - müşahidə edirik
Bakı Fond Birjasından "AZƏRMAŞ GROUP" istiqrazları ilə bağlı qərar
Rəsmi məzənnələr açıqlandı
Xəzər sahilində yeni daşınmaz əmlak layihəsi - Azərbaycanın ilk brend yaşayış kompleksi olacaq
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq










.jpg)









.jpg)




