Putin Azərbaycan Prezidentinə məktub göndərib
Putin: "Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir".Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Marja" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





















.jpg)






