Milli brend “Təbio” təqdim edildi - FOTOLAR
"AZƏRAQRAR" Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində milli brend olan “Təbio” markasını təqdim etdi.Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” işə başlayıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilən “Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.
Mayın 20-dək davam edəcək sərgidə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti öz stendi ilə iştirak edir.
Əsas fəaliyyət istiqamətləri bitkçilik və heyvandarlıq sahələrində kənd təsərrüfatı məhsularının istehsalı və emal işinin təşkilini nəzərdə tutan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin missiyası dövlətə məxsus resursların müasir təcrübə, innovativ texnika və texnologiyaların tətbiqinə əsaslanaraq maksimal səmərə və effektivliklə istifadə edilməsi yoluyla ölkəmiz üçün yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaq, ətraf mühitin harmoniyasının saxlanması şərtilə əhalinin maddi rifahı və ərzaq təhlükəsizlıiyinin təmin edilməsinə əhəmiyyətli töhfə verərək aqraq iqtisadiyyatın əsas drayverlərindən birinə çevrilməkdir.
Sərgidə 2022-ci ilin mart ayından etibarən müəssisə qeydə alınmış rəsmi əmtəə nişanı olan “TƏBİO” markası altında emalına başlanmış yüksək keyfiyyətli, biloji saf süd, ət və ət məhsulları, bal nümayiş olunur.
Yüksək zövq ilə hazırlanmış stenddə müəssisə tərəfindən emal olunmuş kərə yağı, pendir, xama, qaymaq, ayran, qatıq və digər məhsullar sərgi iştirakçılarının geniş marağına səbəb olub.
Sərgidə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgi olan “Caspian Agro”da ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edirdi ki, bunlardan da 101 yerli, 348 xarici şirkətlərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























