“6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” uduldu
“Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” qazanılıb.(®) “Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” lotereyasının 22195 saylı tirajında 101.119 manat dəyərində “Cekpot”un sahibi bəlli olub. Böyük mükafatın şanslı qalibi olan Bakı sakini metronun “Elmlər Akademiyası” stansiyası girişində yeni açılmış lotereya satış nöqtəsində aldığı biletdə 27, 11, 39, 30, 9 və 22 rəqəmlərini seçərək “Cekpot” qazanıb.
Növbəti tirajlarda “Cekpot”un daha böyük məbləğ olması üçün “Azərlotereya” ASC öz büdcəsi hesabına “Cekpot”-a 20.000 manat məbləğində pul mükafatı ayırıb.
Lotereya satış nöqtələrində lotereya biletləri əldə edərək şansınızı sınayın. Lotereya biletlərini “Misli” məntəqələri, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Xətai” metro stansiyalarının girişində əldə etmək mümkündür. Bir biletin minimum qiyməti bir manat təşkil edir.
“6/40” tirajlı lotereyasının oyun qaydalarına görə lototrona 1-dən 40-dək işarələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən altı ədəd şar çıxarılır. Çıxarılmış altı şarın nömrələri lotereya biletindəki variantın nömrələrinin altısı, beşi, dördü və üçü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Altı rəqəmi uyğun gələn variantın bileti “Cekpot”-a sahib olur.
18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
“6/40” tirajlı lotereyası həftənin yeddi günü, saat 20.30-da “Azərlotereya TV” rəsmi Youtube kanalı vasitəsilə canlı olaraqyayımlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ



















.jpg)




