Kreml: Ukrayna limanları sıx şəkildə minalanıb
Ukrayna limanları sıx şəkildə minalanıb, akvatoriya gəmilərin hərəkəti üçün son dərəcə təhlükəlidir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın buğda daşıyan gəmilərinin hərəkətinin əngəllənməsi ilə bağlı suala cavabında bildirib.
“İndi orada minatəmizləmə əməliyyatına ehtiyac var. Bu, çox çətin əməliyyatdır, lakin hələlik naviqasiya üçün təhlükə var. Ümumilikdə, dənizdə hərəkət üçün təhlükə çox yüksəkdir”, - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü bu mövzunun BMT baş katibi Antonio Quterreslə Rusiya Prezidenti arasında bu yaxınlarda keçirilən görüşdə müzakirə olunduğunu da təsdiqləyib: "Həqiqətən, vəziyyət gərgindir, başa düşdüyünüz kimi, bütün bunlar bizim günahımız ucbatından baş vermir. Təchizatçılarımız beynəlxalq kommersiya əlaqələrini həyata keçirməkdə maraqlıdırlar, lakin təəssüf ki, sanksiyalar tətbiq edilib, hansı ki, bütün dünyada bumeranq effekti ilə qayıdır", - Peskov bildirib.
Kremlin gəmilərin keçidi müqabilində hər hansı məhdudiyyətin yumşaldılmasını müzakirə etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov məhdudiyyətlərin Kreml tərəfindən tətbiq olunmadığını söyləyib: "Bizə burada heç nəyi aradan qaldırmağa ehtiyac yoxdur. ABŞ, Avropa ölkələri və digərləri tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Məhz bu məhdudiyyətlər irəli getməyə imkan vermir".
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)




.jpg)






