Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
(®) Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər.
12 may tarixində lotereyanın son tirajı keçirildi və 3 müştərinin krediti tam olaraq bağlandı. Qaliblərin siyahısı sayta əlavə olunub – https://bit.ly/3L89rI4.
Xatırladaq ki, 14 aprel, 21 aprel, 28 aprel və 5 may 2022-ci il tarixlərində keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödənilib. 12 may 2022-ci il tarixində keçirilən son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödənildi.
Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















