Azərbaycan şirkəti virusların və mikrobların yayılmasının qarşısını alan robotunu nümayiş etdirəcək
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan “Troniq” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək.
Marja xəbər verir ki, bu barədə məlumat verən müəssisənin direktoru Anar Nəbiyev “Troniq” MMC-nin ən müasir standartlar əsasında istənilən növ avadanlıqlar üçün plataların istehsalı və onların proqram təminatının yazılmasını həyata keçirdiyini bildirib.
A.Nəbiyev qeyd edib ki, müəssisə festival çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsullarının nümayişini həyata keçirəcək.
“Sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı “Seit-uv” robotu”nun nümayişi planlaşdırılır”, - deyən şirkət rəsmisi bildirib ki, bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini aparmaq imkanına malikdir.
“Troniq” MMC-nin istehsal etdiyi bütün avadanlıqlar və proqram təminatlarının ən yüksək texnoloji tələblərə cavab verdiyini söyləyən A.Nəbiyev bu məhsulların keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirildiyini də diqqətə çatdırıb.
Direktor sərgidə, həmçinin süni intellektlə işləyən proqram təminatının təqdim olunacağını da bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı





















