Fed/Yellen: Balansı azaltmağa bu il başlamağı nəzərdə tuturuq
Fed sədri Janet Yellen faiz qərarından sonra mətbuat konfransında ABŞ iqtisadiyyatının müqavimətli qaldığını və Fed-in mərhələli faiz artırmağa davam edəcəyini bildirib.
Yellen "inflyasiyada son ləngimənin səbəbi birdəfəlik qiymət endirimlərinə bağlıdır. Komitəmiz inflyasiyanın hələ bir neçə ildə 2%-ə çatacağını gözləyir. Son zəif inflyasiya göstəricilərinə istinadən inflyasiyanı yaxından təqib etməyə davam edirik" deyib.
Yellen məşğulluğun daha da güclənəcəyini bildirib.
"SON MƏLUMATLARA HƏDDİNDƏN ARTIQ REAKSİYA VERMƏMƏK LAZIMDIR"
Pul siyasətinin əvvəlcədən müəyyən olunmadığını bildirən Yellen, "bir sıra zəif göstəricilər gəldi, xüsusilə baza inflyasiyada. Biz inflyasiyanın yaxın perspektivdə aşağı olmasını gözləyirik, ancaq bir tərəfdən güclü əmək bazarı inflyasiyanın yuxarı qalxması üçün şərait yaradır. Son gələn məlumatlara həddindən artıq reaksiya verməmək çox əhəmiyyətlidir",- deyə bildirib.
BALANSIN AZALDILMASI
Balansın azaldılması prosesinə bu il başlamağı nəzərdə tutduqlarını qeyd edən Yellen "bu bizim yeni investisiya xərclərimizi azaldacaq. Əlimizdə tutduğumuz aktivləri mərhələli şəkildə azaldacağıq" deyib.
Yellen balansın azaldılmasının rezerv normallşana qədər davam etdiriləcəyini, balansın aktiv bir siyasət vasitəsi kimi istifadə edilməyəcəyini ifadə edib.
Yellen ortalama işsizlik nisbətinin 2018 və 2019-da 4.2% olacağını gözlədiklərini bildirib.
Fed bugünkü iclasda faiz dərəcəsini gözlənildiyi kimi 25 bənd artırmış, bu il daha bir dəfə faiz artırılacağını qeyd edib. Ətraflı: http://marja.az/news/8720?title=fed-faiz-artirdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"

























