“AS Group İnvestment” bayramda yenə də şəhid ailələrilə birlikdədir
“AS Group İnvestment” MMC müqəddəs Ramazan bayramını qəhrəman şəhidlərimizin ailələrilə birlikdə qeyd edir.
Mayın 1-də “AS Group İnvestment” əməkdaşları Bakının Sabunçu, Ramana, Binə, Maştağa, Hövsan, Suraxanı qəsəbələrində yaşayan şəhid ailələrilə görüşərək onlara maddi dəstək, çatışmayan məişət əşyaları və bayram sovqatları ilə qonaq olublar.
Şirkət bu bayram günlərində məhz torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanət buraxdıqları ailələrinin yanında olmağı özünə mənəvi borc bilir.
Ümumiyyətlə sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group İnvestment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağa çalışıb. Şirkət Mingəçevir rayonunda Park Residence yaşayış binasından şəhid Niyazi İsgəndərovun ailəsinə, şəhid polkovnik Mehman Qənbərovun ailəsinə və düşmənə əsir düşərkən göstərdiyi cəsarətilə hər kəsin sevgisini qazanan qazi Amin Musayevə Bakıdakı Park-Göl yaşayış kompleksindən mənzil hədiyyə etmişdir.
“AS Group İnvestment” və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
7 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 d. əvvəl
- 12 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























