“Expressbank” Vətən Müharibəsi iştirakçısına dəstək oldu!
(®) “Expressbank” hər zaman sosial məsuliyyət ehtiva edən layihələrdə aktiv iştirakı ilə seçilmişdir.Bu tip layihələrdə iştirakı hər zaman əsas saymış, təşviqinə və təşklinə dəstək olmaqdan məmnunluq duymuşdur. “Expressbank” tərəfindən layihə çərçivəsində həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) məşğulluqla təmin edilməsi istiqamətində bir çox vətəndaşa məşğulluq avadanlıqları təqdim edilmişdir.
Daha öncə də Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşlara dəstək olan “Expressbank”, bu dəfə isə daha üç vətəndaşa müraciətləri üzrə müvafiq olaraq dəstək olmuşdur. Vətən Müharibəsi iştirakçısı Anar İsmayılov Kamal oğlunun məşğulluğunu təmin etmək və ona fəaliyyətində dəstək olmaq üçün çatdırılma xidməti avadanlığı təqdim edilmişdir. Həmçinin aztəminatlı vətəndaşlar Elçin Allahverdiyev Ramiz oğlu və Nuriyev Ümid Müşviq oğlu da planlaşdırdıqları fəaliyyət istiqamətləri üzrə müvafiq olaraq çatdırılma xidməti və avto təmizləmə avadanlıqları ilə təmin olunmuşdurlar.
Ümumi olaraq layihə çərçivəsində 40 vətəndaşa dəstək olan “Expressbank”, proqrama müraciət etmiş digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir.
Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 32 d. əvvəl
-
59 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















