Daha bir bank maliyyə vəziyyətini açıqladı - 3,5 MİLYON MANAT XALİS QAZANC
“Expressbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 3 milyon 508 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2021-ci ilin ilk rübünü 3 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Expressbank”ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 379 min manat və ya 12,1% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Expressbank”ın faiz gəlirləri 9 milyon 288 min manat ikən, 2022-ci ilin ilk rübündə 11 milyon 830 min manat təşkil edib (2 milyon 542 min manat və ya 27,4% artıb). Qeyri-faiz gəlirləri isə 3 milyon 345 min manatdan 3 milyon 378 min manata yüksəlib (33 min manat və ya 1% artıb ).
BANK BÖYÜYÜB
“Expressbank”ın cəmi aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə 14 milyon 850 min manat artaraq 31 Mart 2022-ci il tarixində 366 milyon 218 min manata çatıb. Bank tərəfindən müştərilərə verilmiş kreditlər isə 1 milyon 526 min manata artaraq 262 milyon 965 min manata yüksəlib.
31 Mart 2022-ci il tarixində “Expressbank”ın cəmi depozit portfeli 154 milyon 274 min manat təşkil edib ki, bunun da 118 milyon 993 min manatını fiziki şəxslərin depozitləri olub.
MƏCMU KAPİTALI 124 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2022-ci il tarixində “Expressbank” 124 milyon 326 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























