İri supermarketdən Belarus toyuqları barədə açıqlama
“Bazarstore” MMC, “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun guya “Bazarstore” şəbəkəsində Belarusdakı broyler müəssisəsinin istehsalı olan məhsulların “Bütöv kənd toyuğu” adı ilə satıldığı, istehlakçıların aldadıldığı və bu toyuqların istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığı barədə iddialarına cavab verib.
“Bazarstore” şirkətinin Baş direktoru Burhan Sevahilin adından “Marja”ya göndərilən təkzib məlumatında bildirilir:
Yazıb sizə bildiririk ki, 18.04.2022-ci il tarixində marja.az saytında “İdxal olunan toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” adları altında satışa çıxarırlar” başlığı altında xəbər paylaşılmış, xəbərin mətnində “Bazarstore” barəsində yanlış məlumatlar yer almışdır.
Belə ki, “Bazarstore” marketlər şəbəkəsində Belarusdakı broyler müəssisəsinin istehsalı olan toyuqların “Bütöv kənd toyuğu” adı altında satılaraq istehlakçıların aldadılması, üstəlik məhsulların istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığı iddia edilmişdir.
Nəzərinizə çatdırırıq ki, yayılan məlumatlar tam təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə “Bazarstore”-un işgüzar nüfuzuna, imicinə xələl gətirməyə yönəlmişdir. Bu cür məlumatlarla konkret sahibkarın adının çəkilməsi, onun ittiham edilməsi Azərbaycan Respublikasının haqsız rəqabət qanunvericiliyinə tamamilə ziddir.
Məlumat üçün qeyd edək ki, xəbər mətnində sözügedən “Bütöv kənd toyuğu” məhsullarını “Bazarstore” MMC birbaşa özü idxal etmir, müvafiq mülki-hüquqi müqavilə əsasında digər bir şirkətdən satın alır. Həmin şirkət tərəfindən bizə təqdim edilmiş sənədlərə (məhsulların istehsal olunduğu ölkədə istehsal sertifikatı, AQTA sertifikatı, istehsal olunduğu ölkədə qüvvədə olan müvafiq standartlar) əsasən qeyd etməliyik ki, adı çəkilən məhsullar “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun iddia etdiyi kimi “broyler” toyuğu deyil, məhz “kənd” toyuğudur. Üstəlik məhsulların idxalına AQTA tərəfindən icazə verilmişdir. Bu o deməkdir ki, həmin məhsulların tərkibində hər hansı təhlükəli maddə və ya xəstəlik riski olmayıb. Təmsilçinin digər bir iddiasına cavab olaraq bildiririk ki, məhsulların son istifadə tarixləri saxlama temperaturundan asılı olaraq, -12 C dərəcədə 8 ay, -18 C dərəcədə 12 ay, -25 C dərəcədə isə 14 aydır”.
"Bazarstore" məhsulun istehsalına dair sertifikatların, məhsulun AQTA sertifikatlarının surətlərini və məhsulun istehsal ölkəsində qüvvədə olan dövlət standartlarını da təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






