Ramazan ayında hansı qidalara üstünlük verilməlidir?
Müəllif: Səadət Hənifəyeva, PR menecer, Veysəloğlu Şirkətlər Qrupu
Ramazan düşüncə, özünü təkmilləşdirmə, xeyirxahlıq və mənəviyyat üçün xüsusi vaxtdır. Oruc tutmaq isə müqəddəs ayın əsas sütunlarından biridir. Orucun sağlamlığınıza və emosional rifahınıza göstərə biləcəyi müsbət təsirlərdən bəziləri bunlardır: “pis” xolesterinin tənzimlənməsi, iştahın cilovlanması, bir ay davam edən detoks və nəhayət, daha yaxşı əhval-ruhiyyə və zehni aydınlıq.
Mənəvi “təmizləmə” ilə yanaşı, oruc tutmaq həyat tərzinizə və həzm sisteminizə müsbət təkan verir. Bədəniniz daha az yeməyə alışdıqca, həzm sisteminiz “dincəlmək” imkanını qazanır və mədəniz tədricən kiçilir. Bu, iştahınızı azaldır və nəticələr bir çox dəbdə olan diyetlərdən daha uzun müddət davam edir.
Oruc tutduğunuz zaman bədən piyi ehtiyatlarınız istifadə olunur. Özünüzü məhdudlaşdırmaq həm də bədəninizi piy yataqlarında ola biləcək zərərli toksinlərdən təmizləyir. Başqa sözlə, bu bir aylıq əsaslı “təmir”dən sonra vücudunuz təbii şəkildə toksinlərdən xilas olunur.
Ramazan ayında sağlamlığınızı yaxşılaşdırmanın yolları
Ramazanın təbii faydaları ilə yanaşı, sağlam yanaşmanı özünüzün mənimsəməyi də vacibdir. Məsələn, iki-üç xurma və ilıq su ilə iftar etmək əsas yeməkdən əvvəl bədəninizə ani enerji qazandırır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, tanınmış həkim-diyetoloq İlqar Şamilov iftar yeməyinə başlamaq ücün şorba tövsiyə edir:
“Əsas iftar yeməyi üçün yüngül şorba əla seçimdir, çünki uzun müddət ac qaldığımız üçün mədə-bağırsaq problemləri yaşamamağa və həzm prosesinin normal davam etməsinə kömək edir. Ağır, qaymaqlı və qızardılmış qidaların, həmçinin duzlu və ya şəkərli yeməklərin qəbulunu məhdudlaşdırmağa çalışın. Daha yağsız ət parçaları, tam taxıl və ya yeməklərə qarnir olaraq, qəhvəyi düyü, bulğur, qarabaşağı seçməyi, həmçinin tərəvəz və göyərtiləri də daxil etməyi unutmayın!”
Diyetoloq və qastroenteroloqlar yemək yeyərkən tələsməməyi və porsiyalarınızın həcminə nəzarət etməyi məsləhət görürlər. Oruc tutarkən sahur günün ən vacib yeməyi olmalıdır. Veysəloğlu Şirkətlər Qrupuna aid “Xonça” Fabrikinin İstehsalat direktoru, Milli Kulinariya Mərkəzinin üzvü, beynəlxalq dərəcəli jüri və qənnadıçı Rəhman Ələkbərov öz tövsiyələrini bölüşür:
“Sahurunuzu yulaf əzməsi, pendir ya süzmə, meyvə və tərəvəz kimi vitamin və minerallarla zəngin qidalarla balanslaşdırın. Yulaf, bulğur və tam taxıllı çörəklər, badımcan kürəsi və qatıq da daxil olmaqla, aşağı qlikemik indeksi olan bəzi qidalar yaxşı seçimdir, çünki gün ərzində enerjini yavaş-yavaş buraxır. Bol içməyi də unutmayın – su, süd, ayran. Ümumiyyətlə, su və ya şəkərsiz yüngül çay içməyi üstün tutun. Təmizlənmə və həzmə kömək etmək üçün limon dilimləri və ya təzə nanə də əlavə edə bilərsiniz”.
Ramazan həm də siqaret və ya şəkər aludəçiliyi kimi zərərli vərdişlərdən qurtulmaq üçün bir şansdır. Bir az özünüzə nəzarəti gücləndirməklə, siz oruc saatlarında və ondan sonra da asılılıqlarınızdan qorunmağa davam edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb


























