Bakıda TAP-ın genişləndirilməsi müzakirə edildi
ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.
Energetika Nazirliyinin yaydığı məlumata görə, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ikitərəfli enerji əməkdaşlığının, ölkəsinin enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu yüksək qiymətlləndirib. TAP-ın genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd edib.
Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın etibarlı və ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında xam neft təchizatı ilə yanaşı TAP vasitəsilə təbii qaz tədarükünün artan əhəmiyyətindən bəhs edib. TAP ilə Avropaya artıq 10 milyard kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan nazir bildirib ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır:
“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik.”
Nazir həmçinin TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib. Dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl” enerji və “yaşıl” hidrogen ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.
Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 47 d. əvvəl
-
58 d. əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb






















