Qətər böhranın pərdə arxası

Səudiyyə Ərəbistanının başçılığı ilə bəzi ərəb ölkələrinin Qətər ilə olan bütün əlaqələrini kəsməsinin səbəbləri.
Səudiyyə Ərəbistanının Qətəri mühasirəyə alaraq təcrid etmək siyasətinin əsası 1995-ci ilədək uzanır və Körfəzin iki ölkəsi arasındakı münaqişənin səbəbi uzun tarixi təbii qaz münaqişəsində yatır. 1995-ci il yalnız Əmr Xəlifə bin Həməd Al Saninin devrildiyi il deyil, eyni zamanda kiçik çöl yarımadası Qətərin, dünyanın ən böyük yatağından mayeləşdirilmiş təbii qaz nəqlinə başladığı bir ildir. Qətərin malik olduğu təbii qazın demək olar ki, hamısını təmin edən ofşor Şimal sahəsi, Səudiyyə Ərəbistanının nifrət etdiyi rəqibi İran tərəfindən də istifadə edilir. Qaz satışından əldə edilən gəlirlər, Qətəri dünyanın ən iri mayeləşdirilmiş qaz (LNG) ixracatçısı etməklə kifayətlənməyib (ətraflı: http://marja.az/news/8461), illik adambaşına düşən 130 min dollar ilə də dünyanın ən zəngin ölkəsi edib.
(Qeyd: Xəlifə bin Həməd, 1995-ci ildə İsveçrənin Cenevrə şəhərində olan zaman oğlu Həməd bin Xəlifə tərəfindən saray çevrilişilə vəzifədən uzaqlaşdırılıb. 2004-ci ilə qədər xaricdə sürgündə yaşayan Xəlifə bin Həməd, onu çevirən oğlu ilə razılaşaraq 2004-ci ildə Qətərə geri qayıdıb və 2016-cı ildə vəfat edib. 25 İyun 2013-cü il tarixində Tamim bin Həməd əs-Sani, atası Həməd bin Xəlifə es-Saninin istefasının ardından Qətər əmiri olub.)
Qətər rəhbərliyinin təbii qaza fokuslanması ölkənin Səudiyyə Ərəbistanının hakimiyyətindən qopmasına (nəzarətindən çıxmasına) və Körfəz Əməkdaşlıq Şurasındakı neft istehsal edən qonşularından ayrı bir yer tutmasına imkan verdi. Qətər Ər-Riyadın əvəzinə İran, ABŞ və son olaraq Rusiya kimi digər qüvvələrlə əməkdaşlıq qurdu. Qətər, ABŞ Mərkəzi Komandanlığına ev sahibliyi edir. Qətər dövlət fondu ötən il Rusiya dövləti tərəfindən işlədilən enerji nəhəngi "Rosneft Oil"in səhmlərinin bir hissəsini 2.7 milyard dollara satın almışdır.
"Qanadlarını kəsmək üçün istifadə edirlər"
“Marja” xəbər verir ki, məsələ ilə bağlı olaraq "Bloomberg"ə açıqlama verən ABŞ-ın Hyuston şəhərindəki Rays Universiteti Baker İnstitutundan enerji tədqiqatçısı Jim Krane, "Qətər keçmişdən Səudiyyə Ərəbistanına tabe bir dövlət kimidi. Ancaq Doha rəhbərliyi qazdan əldə etdiyi sərvəti daha müstəqil hərəkət etmək üçün istifadə etdi və edir. Bölgənin geri qalan qismi Qətərin qanadlarını kəsmək üçün bir fürsət axtarır" deyir. Bu fürsət, ABŞ Prezidenti Donald Trumpın Səudiyyə Ərəbistanına səfər edib "vicdanı olan bütün millətləri" İranı yalnızlaşdırmağa çağırması ilə ortaya çıxdı.
Trump, Qətər və bəzi ərəb ölkələri arasında böhranla bağlı "Twitter" hesabı üzərindən fikirlərini paylaşıb. ABŞ Prezidenti, "Yaxın Şərq səfərimdə, radikal ideologiyaların artıq maliyyələşdirilməyəcəyini söylədim. Liderlər Qətəri işarə etdi, baxın!" -ifadələrini istifadə edib.
Qətərin rəsmi xəbər agentliyi QNA, 23 May gecəsi Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saniyə istinadən "ABŞ-a qarşı və İranı dəstəkləyən" bəyanatlar yaymışdı. Bəyanatlar qısa müddət ərzində mediada geniş şəkildə yer almışdı. Bundan bir neçə saat sonra açıqlama verən Qətər hökuməti, QNA saytının kiber hücuma məruz qaldığını bildirmişdi. Qətər Xarici İşlər Nazirliyi də açıqlamasında, QNA-nın kiber hücuma məruz qaldığını və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, media orqanlarından bu açıqlamaları nəzərə almalamalarını tələb etmişdi.
ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ
Qətər, informasiya agentliyində yer alan İran lehinə xəbərlərin bir kiber hücum məhsulu olduğunu söyləsə də Səudiyyə Ərəbistanının cəzalandırma həmləsi gecikmədi. Həlledici faktor Qətərin təbii qaz hasilatının Səudiyyə Ərəbistanının dominat olduğu Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) müstəqil olmasıdır. 1996-da çevriliş cəhdi yaşayan Əmir Şeyx Təmin bin Həməd Al Sani, Qətəri Körfəz qonşularının bazarlarına inteqrasiya edəcək boru kəmərləri inşa etmədi. Qətərin Şimal Məkanını Birləşmiş Ərəb Əmirlikləri və Omana bağlayan "Dolphin layihəsi" inşa edilən yeganə boru kəməridir və gücünün üçdə ikisi həcmində çalışır. Qətər qaz ixracının böyük hissəsini Asiya və Avropa bazarlarına edir.
BBC-nin yaydığı bir hesabata görə, iki yüksək vəzifəli Qətər rəsmisi, 2000-ci ildə dövlət çevrilişinin təşkil edilməsinə Bəhreynin Səudiyyə Ərəbistanının icazəsilə kömək etdiyini iddia edib.
Keçmişdə neftlə zəngi olan Körfəz ölkələri təbii qazın demək olar dəyərsiz olduğunu düşünüb, onu adətən neft çıxarma xərclərini azaltmaq məqsədilə quyulara geri vurmaq üçün istifadə edirdilər. Ancaq son zamanlar, Körfəz ölkələrində sənaye istehsalı üçün elektrik enerjisi istehsalında istifadə edilmək üçün LNG-yə olan tələb getdikcə artır. Dünyada qazı ən aşağı xərclə çıxaran ölkə Qətərdir. Və Qətərin təbii qaz zənginliyi, qonşularını narahat edən xarici siyasətlər aparmasına kömək etdi. Doha rəhbərliyi Misirdə Müsəlman Qardaşları, Qəzza zolağında Həmas Təşkilatını, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Liviya və Suriyada lidrlerin qarşı çıxdığı silahlı qrupları dəstəkləyib. Təbii qaz, eyni zamanda qlobal bir televiziya şəbəkəsi olan və çox vaxt Yaxın Şərq hökumətlərini utandırmış, ya da hirsləndirmiş "Əl Cəzirə"nin də xərclərini qarşıladı. Və hər şeydən əvvəl, təbii qaz, Qətərin sərvətinin mənbəyini təminat altına almaq üçün Şiə İranla regional siyasət inkişaf etdirməyə təşviq etdi.
YENİ İMKANLAR – YENİ MOBİL BANK!
Corctaun Universitetinin beynəlxalq münasibətlər və Körfəz araşdırmaları professoru Gerd Nonnemani, "Güman edirəm, Ər-riyad, Qətərin tamamilə çökməsini gözləyir. Lakin Qətər Müsəlman Qardaşlarını terror təşkilatı kimi qəbul etməyəcək. Çünki deyillər. Qətərin iqtisadi inkişafı üçün çox əsas olan İran ilə ticarət əlaqələrindən də əl çəkməyəcək" deyə yaxın gələcəkdə olacaqları yekunlaşdırır.
Böhrana, 1 milyard dollarlıq razılaşma təkan verdi
İngiltərənin "Financial Times" qəzeti, Körfəz ölkələrinin Qətərlə bütün əlaqələri kəsməsinə səbəb olan hadisənin aprel ayında Doha rəhbərliyi tərəfindən Əl-Qaidə ilə əlaqəli "Təhrir əl Şam" təşkilatına və İranın dəstəklədiyi Şiə milislərə ödənilən 1 milyard dollar olduğunu yazıb.
Qəzet, Apreldə İraqın cənubunda ov etməyə gedən 26 Qətər kral ailəsi üzvünün Əl-Qaidə ilə əlaqəli qruplar tərəfindən qaçırıldığını və girovlərin buraxılması üçün pul tələb olunduğunu bildirib. "Financial Times"a danışan Qətərli bir hökumət rəsmisi pulun verildiyini təsdiqləsə də məbləğ barədə məlumatı olmadığını bildirib. Qəzetə məlumat verən Suriyalı müxalifətçi isə təkcə "Təhrir əl Şam" təşkilatına edilən ödəmənin 300 milyon dollara çatdığını bildirib. Xəbərdə "Səudiyyə Ərəbistanını əsl qəzəbləndirən, regionda ən böyük rəqibi İranın dəstəklədiyi Şiə təşkilatlara və Tehrana edilən ödənişlərdir" deyilir. Bir diplomat da, "Qətərin İrana da ödəniş etməsi Səudiyyə Ərəbistanı üçün stəkanı aşan son damla oldu" deyə qeyd edib.
Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yemən Qətər ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.
Qərara səbəb olaraq "Qətərin terrorizmə dəstək verməsi" göstərimiş, Doha rəhbərliyi ittihamları rədd etmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
9 saat əvvəl
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 saat əvvəl
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 11 saat əvvəl
-
11 saat əvvəl
İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
-
12 saat əvvəl
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
.jpg)
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
Ən çox oxunanlar

Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR

Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib

Azercell baza stansiyalarını təkmilləşdirib, yeni baza stansiyasıları istifadəyə verib - İNTERNERİN SÜRƏTİNİ ARTIRIB

SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
