Azercell-dən Novruza özəl kampaniya!
(®) Novruz bayramı münasibətilə Azercell öz abunəçilərinə xoş əhval-ruhiyyəli hədiyyə hazırlayıb. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq şirkət internetdən çox istifadə edən, sürətli mobil internetə ehtiyacı olan abunəçiləri üçün bayram ərəfəsində Wi-Fi modeminin satışına xüsusi endirim tətbiq edir.
Novruz kampaniyası çərçivəsində Azercell Wi-Fi cihazı cəmi 99 AZN-ə təqdim edilir. Hədiyyəli aksiya zamanı modemlə yanaşı, abunəçilərə 1 aylıq 30GB həmində internet də hədiyyə olunur. Bu güzəştli kampaniya 31 mart 2022-ci il tarixinə qədər davam edəcək.
Müasir dizayna malik Azercell Wi-Fi cihazı eyni anda 32-ə qədər qurğunun yüksəksürətli internetə qoşulmasına imkan yaradır. Bu universal modemin köməyilə yalnız smartfonlar deyil, kompüter, noutbuk, planşet, printer, hətta televizoru da şəbəkəyə qoşmaq olar. Bu da ailə üzvlərinin hər birinin öz zövqünə uyğun olaraq eyni anda rahatlıqla internetdən istifadəsini mümkün edir.
4G və 3G şəbəkələrini dəstəkləyən modem sayəsində 20 metrlik radiusda stabil internetə qoşulmaq mümkündür. Cihazla birgə "Data" tarifinə aid olan fakturasız xətt nömrəsi də təqdim olunur. Birinci ay bu nömrədə 30GB-lıq internet paketindən pulsuz yararlanmaq olar.
Qeyd edək ki, kampaniya yalnız fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. Abunəçilər hədiyyə internet trafiki ilə yanaşı, digər aylıq internet paketlərindən də yararlana bilərlər.
Kampaniya çərçivəsində endirimli Wi-Fi cihazını istənilən Azercell diler mağazasından əldə etmək mümkündür. Qurğunun texniki parametrləri və kampaniyanın təfərrüatları ilə daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən əldə etmək olar: www.azercell.com
Azercell şirkəti hər il sevinc və bərəkətin rəmzi olan Novruz ərəfəsində abunəçilərini bir-birindən maraqlı və sərfəli kampaniyalarla sevindirir. Şirkətin bu ilki Novruz kampaniyası da Azercell abunəçilərinə yaxınları ilə daha çox ünsiyyətdə olmasına, bayram sevincini paylaşmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
2 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
21 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























