VTB (Azərbaycan) Rusiyaya pul köçürmələrini davam etdirir
(®) VTB (Azərbaycan) CONTACT ödəniş sistemi vasitəsilə fiziki şəxslərin Rusiyaya pul köçürmələrini davam etdirir. Rusiyaya köçürmələr bank hesabı açmadan manat və xarici valyutada göndərilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hesab açılmadan gündə bir köçürmənin maksimal məbləği 1000 ABŞ dolları və ya digər valyutalarda ekvivalentdir.
Kampaniya çərçivəsində martın 31-dək VTB (Azərbaycan)-ın bütün müştəriləri üçün Azərbaycandan Rusiyaya pul köçürməsinə görə komissiya 0,8% təşkil edəcək.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
Siz VTB (Azərbaycan)-ın istənilən filialında CONTACT sistemindən istifadə edərək köçürmə edə bilərsiniz. Rusiya Federasiyasına manat və ya ABŞ dolları ilə ödəniş göndərildikdə, alıcı vəsaiti rublla alacaq. Vəsaiti Rusiyada CONTACT sisteminin tərəfdaş banklarından əldə etmək mümkündür.
Rusiyadan olan müştərilər CONTACT-ı dəstəkləyən istənilən Rusiya bankından Azərbaycana pul köçürmələri də göndərə bilərlər. Pul köçürməsi rublla mümkündür, pulu alan şəxs isə Azərbaycan manatı ilə köçürməni alacaq.
Qeyd edək ki, CONTACT Rusiyada ilk pul köçürmələri və ödəniş sistemidir. 1999-cu ildə ASCB RUSSLAVBANK (QSC) tərəfindən yaradılmışdır. Bütün dünya üzrə pul köçürməyə və ödənişlər etməyə imkan verir. 3 avqust 2012-ci il tarixində CONTACT ödəniş sistemi Rusiya Bankının ödəniş sistemi operatorlarının reyestrində 0001 nömrəsi ilə qeydiyyata alınmışdır. 2013-cü ilin aprelində Rusiya Bankı CONTACT Ödəniş Sisteminə sosial əhəmiyyətli statusu vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























