"Vəziyyət belə davam edərsə, biz bu bazarı itirəcəyik”
"Rusiya rublunun dəyər itirməsi də bazarlarda narın qiymət artımına səbəb olacaq"Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Azərbaycanın nar ixracatına çox böyük mənfi təsir göstərəcək.
Bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Fərhad Qaraşov deyib.
F.Qaraşov Rusiya və Ukraynanın Azərbaycanın nar ixracı üçün əsas bazarlar olduğunu vurğulayıb:
“Hazırda biz narın yetişdirilməsi, yəni aqrotexniki, qulluq prosesləri dövründəyik. Nar ixracı sentyabr ayının sonundan başlayaraq dekabr ayı da daxil olmaqla davam edir. Ona görə də bu gün müharibənin bizə bir təsiri yoxdur. Amma proseslər bu cür gedərsə, Rusiyaya iqtisadi sanksiyaların tətbiqi davam edərsə, Rusiya bazarında alıcılıq qabiliyyəti azalacaq və bu da bizim ixrac potensialımızı aşağı salacaq. Bu gün Azərbaycandan ixrac olunan narın təqribən 80 %-ə qədəri Rusiya bazarına, 20 %-i isə Ukrayna bazarına göndərilir".
Onun sözlərinə görə, bu il dərman gübrəsi idxalında qiymətlərin baha olmasını nəzərə alaraq, nar istehsalında maya dəyərinin bir az artacağı gözlənilir: "Həmçinin Rusiya rublunun dəyər itirməsi də bazarlarda narın qiymət artımına səbəb olacaq. Biz onsuz da xərclərə görə narı baha qiymətə yetişdiririk. Rusiya bazarında da qiymətləri yüksək qoymağa məcburuq. Ukrayna bazarına gəlincə, vəziyyət belə davam edərsə, biz bu bazarı itirmiş oluruq”.
Assosiasiya rəhbəri qeyd edib ki, hazırda nardan hazırlanan məhsulların satışı Rusiya ticarət şəbəkələrində köhnə qiymətlərlə həyata keçirilir: "Lakin yerli istehsalçılar bu qiymətlərin artırılması istiqamətində düşünürlər. Çünki mövcud vəziyyətlə əlaqədar rublun dəyərinin aşağı düşməsi bizim sahibkarlar üçün o qədər də sərfəli deyil. Bu səbəblə qiymət artımı qaçılmazdır”.
Qeyd edək ki, ötən il Azərbaycan ümumilikdə 29,253 milyon ABŞ dolları dəyərində 21 716 ton nar ixrac edib. Bunun 15 042 tonu (26,638 milyon ABŞ dolları) Rusiya bazarının, 4 975 tonu Ukrayna bazarının (1,951 milyon ABŞ dolları), 438,93 tonu (169,13 min ABŞ dolları) Belarusun, 156,85 tonu (70,93 min ABŞ dolları) Qazaxıstanın, 41 tonu (27,25 min ABŞ dolları) Türkmənistanın və 29,85 tonu (13,84 min ABŞ dolları) Moldovanın payına düşüb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)





