İpoteka kağızının elektron qaydada tərtib edilməsi və qeydiyyata alınmasını istiqamətində işlər görülür
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərdiyi xidmətlərin elektron müstəviyə keçidinin təmin edilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahənin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edəcək elektron sistemin yaradılması məsələlərinə dair iclas keçirilib. İclasda Mərkəzi Bankın, İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları da iştirak edib.
Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.
Tədbirdə ipoteka kağızının elektron sisteminin mahiyyəti və iş qaydası barədə təqdimat dinlənilib, ipoteka kağızının tərtib edilməsi, dövlət qeydiyyatına alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı əməliyyatlar əyani şəkildə test rejimində göstərilib və fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























