Gecə neft daha da bahalaşıb
Rusiya-Ukrayna müharibəsinin təsirilə bahalaşan neft qiymətlərindəki "ralli" davam edir. Brent markalı neftin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə olaraq 111 dolları keçib. Beynəlxalq Enerji Agentliyindən vəziyyətin ciddi olduğu barədə məlumat verilib.Rusiyanın Ukraynaya müdaxiləsi və sonra elan edilən sanksiyalar ilə əlaqədar olaraq Brent nefti 110 dolları, ABŞ xam nefti 108 dolları keçib. Brent nefti 12%-dən çox, ABŞ xam nefti isə 13%-dən çox bahalaşıb. Brent neftinin qiyməti 111,06 dolları da test edib.
Marja xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (UEA) Rusiyanın Ukraynaya hücumundan sonra qlobal enerji bazarının təhlükə altında olduğunu bəyan edib.
UEA prezidenti Fatih Birol enerji bazarlarında vəziyyətin ciddi olduğunu bəyan edib.
Neft bazarının investorları bugün keçiriləcək OPEC+ görüşünə fokuslanıblar. Bazardakı bütün təlatümlərə baxmayaraq, OPEC+un istehsalın məhdud artırılmasına qərar verəcəyi gözlənilir.
Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın strateji neft ehtiyatının 30 milyon barrelinin, Beynəlxalq Enerji Agentliyinin (IEA) 60 milyon barrel neft satmaq qərarına əsasən istifadəyə veriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







