Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Ukraynadan - 2,0 dəfə, İrandan - 2,0 dəfə, Fransadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artmış, Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalmışdır.
2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4 faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artmışdır. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















