Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatları "de-dollarlaşma ilə" kəskin azalıb
2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7.4% artaraq 27.8 mlrd. ABŞ dolları ekvivalentində 4 olmuşdur.
Marja.az Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalına istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 86.4%-i ABŞ dollarında, 13.6%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.7%-i banklararası valyuta bazarında (BVB), 70.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir
İl ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 19.5 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 80.9%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2020-ci ilə nəzərən 21.5% azalaraq 4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
"Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir", - İcmalda qeyd edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
23 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























