Bakıya 12 ədəd "İsuzu" markalı yeni avtobus gətirilib
Bakıya 49 nömrəli marşrut xətti üzrə istismar etmək üçün 12 ədəd "İsuzu" markalı yeni avtobus gətirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %-i yenilənib. İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli tədbirlər, eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus parkının yenilənməsinə marağını artırır. Bu çərçivədə 12 ədəd "İsuzu" markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına təsir edəcək.
Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.
Son günlər 161 nömrəli marşrut üzrə nağdsız fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz edilməyən avtobuslar istismar edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)





