Kommersiya sirrinizi necə qorumalı
Şirkətinizin gəlirinin artırılması məqsədiylə yeni tərtib etdiyiniz marketinq planı əməkdaşınız tərəfindən rəqib şirkətə sızdırılmış və bununla da potensial müştərilərinizi itirmiş olmuşsunuz. Çünki tətbiq etmək istədiyiniz yeni marketinq planı yeni müştəriləri sizin şirkətin cəlb edəcəyi yerdə, rəqib şirkət bu planı öyrənib, sizdən öncə tətbiq etmişdir. Bu hal tanış gəlir?
Bu kimi hallardan qorunmaq üçün şirkətiniz hansı qabaqlıyıcı tədbirləri görməlidir? Bu suala cavab vermək üçün gəlin aşağıdakı məlumatlarla tanış olaq.
Hər bir kommersiya məqsədli hüquqi şəxs yaradılarkən məqsədi gəlir əldə etmək olur. Gəlir əldə etmək üçün xüsusi ilə də hazırki 4-cü sənayə inqilabı dövründə yenilikçi olmaq, bir sözlə zəmanəyə ayaq uydurmaq lazım gəlir. Bu zaman gəlir əldə etmək üçün öncədən planlaşdırdığınız fəaliyyət olur. Bu fəaliyyət planı kommersiya dəyəri daşıdığından, sizin bu cür məlumatlarınız kommersiya sirri hesab edilə bilər və siz bu cür məlumatlar qorumağınız, başqaları tərəfindən əldə edilə bilməməsi üçün əməli addımlar atmalısınız. Azərbaycan Respublikasında kommersiya sirri ilə bağlı bir sıra hüquqi aktlar mövcuddur. Bunlardan ən əsası “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunudur. Həmçinin bu qanunun tələblərinin pozulmasıyla bağlı həm mülki, həm inzibati həm də cinayət məsuliyyəti yaranması ilə bağlı müvafiq qanunvericlik aktlarında maddələr müəyyən edilmişdir. Tövsiyyə olunur ki, bu hüquqi aktlara əsaslanaraq, kommersiya sirri sayıla biləcək məlumatlarınızın qorunması üçün şirkətinizdə “kommersiya sirrinin qorunması rejimi” tətbiq edəsiniz. Bu rejimi tətbiq etmək aşağıdakı addımların atılması zəruridir:
1. Kommersiya sirri rejimi barədə əsasnamə və ya siyasət (prosedur, qayda, təlimat vəs. adlandırıla bilər) sənədi tərtib etmək;
2. Kommersiya sirri sayıla biləcək məlumatların siyahısını tərtib etmək. Bu siyahıdakı məlumatlar, “Kommersiya sirri haqqında” qanunun 3-cü maddəsində qeyd edilən meyarlara uyğun olmalıdır. Meyarlar bunlardır: (i) kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.); (ii) məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; (iii) bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması;
3. Həmin siyahını şirkətin əməkdaşları ilə tanış edib, tanış olması barədə qeyd aparmaq;
4. Kommersiya sirri qorunması barədə şirkət əməkdaşları ilə bağlanmış əmək müqaviləsində müvafiq şərtləri əlavə etmək və ya ayrıca razılaşma imzalamaq; (Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əsas vəzifələrində biri işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamalıdır)
5. Əgər şirkətin kollektiv müqaviləsi varsa və kommersiya sirrinin yayılmasının qarşısını almaq məqsədiylə əlavə olaraq cərimə müəyyən etmək etmək istəyirsə, bu barədə kollektiv müqaviləyə müvafiq şərt əlavə edilə bilər. Əlavə olaraq, bildirək ki, kommersiya sirrinin pozulması kollektiv müqavilədə cərimə şərti olmasa belə, pozuntu nəticəsində şirkətə dəymiş ziyanı Əmək Məcəlləsinin 199.1.e maddəsinə əsasən işçidən tələb edə bilər. Qeyd etdyimiz cərimə kommersiya sirri rejiminin möhkəmləndirilməsinə xidmət edir.
6. Öz əməkdaşlarınızdan əlavə digər şirkət tərəfindən də əməkdaşlığınızdan yaranan məlumatların qorunması üçün həmin şirkətlə əməkdaşlığınızın rəsmiləşdiyi müqaviləyə müvafiq şərtlər əlavə edə və ya ayrıca məlumatların qorunmasına dair müqavilə bağlaya bilərsiniz.
Yuxarıda yazdıqlarımız kommersiya sirrinin qorunması üçün qabaqlayıcı tədbirlərdir. Hər bir hüquqi pozuntunun qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti olur, əsas məsələ həmin pozuntunun baş verməməsi üçün sizin gördüyünüz qabaqlayıcı tədbirlərdir. Necə deyərlər, “şərti şumda kəsin ki, xırmanda yabalayaşmayasınız”.
Müəllif: Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü ƏmiraslanYusifov
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
7 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
8 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
9 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı















.jpg)









