ABB ötən il 800 milyon manata yaxın biznes krediti verib
2021-ci ildə ABB ölkə iqtisadiyyatına 800 milyon manata yaxın biznes krediti ayırıb. O cümlədən kiçik və orta sahibkarlıq layihələrinə 82 milyon manat kredit verib.
Bankın yaydığı məlumatda bildirilir ki, kiçik və orta biznesə verilən kreditlərin 56%-i Bakı və Abşeron, 44%-i bölgələrimizdə fəaliyyət göstərən iş adamlarına ayrılıb.
Bankın il ərzində maliyyələşdirdiyi kiçik və orta biznes layihələrinin əksəriyyəti istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aiddir. ABB-də hesab açmış hüquqi şəxslərin, eləcə də sahibkar fiziki şəxslərin sayı 2021-ci ildə 103.000-ə çatıb.
Real sektorun inkişafına dəstək verən ABB kiçik və orta sahibkarlara müxtəlif çeşiddə kredit məhsullarını və digər maliyyə xidmətlərini təklif edir. Bu xidmət və məhsullardan Bankın bütün filiallarında faydalanmaq olar. Bank “Sahibkarlar Klubu” vasitəsilə də iş adamlarına müxtəlif imtiyazlar yaradır. Sahibkarların işgüzar platforması olan Klubun hazırda 1000-dən çox üzvü var. Ötən ilin sonunda ABB şirkətlər və sahibkarlar üçün yeni İnternet Bank xidmətini də istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















