Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirəcək
“İran və Azərbaycan hərbi əməkdaşlığı inkişaf etdirir”.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hərbi əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin sabitliyinin təminatıdır: “Müsəlman və qardaş Azərbaycanın müdafiə naziri ilə çox yaxşı görüş baş tutdu. Bu görüşdə İran İslam Respublikasının qonşu ölkələrlə, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə apardıq”.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk olaraq dəvətə görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə təşəkkür edib. Azərbaycanın müdafiə naziri bildirib ki, görüş səmimi atmosferdə keçib: “Görüşdə önəmli məsələlər haqda danışıq apardıq. Bildirdik ki, ikitərəfli əlaqələrin inkişafında qərarlıyıq. Əminəm ki, bu görüşdən sonra iki ölkənin hərbi əməkdaşlığı yüksək səviyyədə olacaq”.
Z. Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfər dəvət etdiyini diqqətə çatdırıb: “Ümid edirəm bu səfər tezliklə baş tutacaq”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















