Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi -20 MİLYONA YAXIN QAZANC
“Bank Respublika”nın strateji səhmdarı Natiq Quliyev: "Müxtəlif maliyyələşdirmə formalarının cəlb edilməsi üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”"2021-ci il Bank Respublika tarixində ən uğurlu illərdən biri olmuşdur. 2021-ci il üçün mənfəət 20 milyon manat həddinə yaxınlaşıb ki, bu da ötən il əldə edilmiş mənfəətdən 3 dəfədən çoxdur".
Marja xəbər verir ki, bu, Bankın yaydığı məlumatda bildirlir.
Qeyd edilib ki. bu il Bank, həmçinin 2017-ci ildə təsdiq edilmiş beşillik strateji inkişaf planını uğurla tamamlayıb. Mikro, kiçik və orta biznesin inkişafı strategiyasına sadiq qalan Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə edib. Belə ki, bu müddət ərzində bankın kapitalı 2 dəfə artaraq 100 milyon manat həddini keçib, kredit portfeli 2,5 dəfə, müddətli depozit portfeli isə 2 dəfədən çox artıb.
Məlumatda vurğulanıb ki, strateji plan çərçivəsində Bankın səhmdarlarının strukturunun dəyişdirilməsi prosesi də uğurla başa çatıb:
"Məqsədi inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləmək olan Deutsche Investitions und Entwicklungsgesellschaft mbh (DEG) İnvestisiya şirkəti, institusional investor kimi daxili investisiya təcrübəsinə əsasən bankın kapitalının artırılmasında iştirak etmiş və eyni zamanda bankın əsas təsisçisinə gələcəkdə öz payını almaq hüququ təqdim etmişdir. 2021-ci ildə Bankın yaxşı maliyyə göstəricilərini, inkişaf perspektivlərini və növbəti illərdə dividendlərin ödənilməsini nəzərə alaraq, bankın strateji səhmdarı DEG-in "Bank Respublika"nın kapitalındakı payını tam olaraq almışdır".
Qeyd edilib ki, Almaniyanın ən böyük dövlət bank qrupu Sparkassen-Finanzgruppe törəmə şirkəti Sparkassen International Development Trust (SIDT) vasitəsilə bankın səhmdarı olaraq qalır. Bu isə, bankın yüksək korporativ idarəetmə standartlarının tətbiqində çox mühüm rol oynayır və hal-hazırda SİDT-in dəstəyi ilə Bank Respublika Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsinə dəstək layihəsi çərçivəsində Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V. tərəfindən həyata keçirilən texniki yardım proqramında iştirak edir.
“DEG və SIDT korporativ idarəetmə sahəsində dünya təcrübəsini gətirməklə yanaşı, “Bank Respublika”nın institusional formalaşmasında da mühüm rol oynayıb. Biz DEG investisiya şirkətinin rəhbərliyinə bankın inkişafına verdiyi əvəzsiz töhfəyə görə təşəkkürümüzü bildiririk və müxtəlif maliyyələşdirmə formalarının cəlb edilməsi üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”. – deyə “Bank Respublika”nın strateji səhmdarı Natiq Quliyev qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























