Lirənin düşməsi fonunda Türkiyə ixracatçılarına forvard məzənnəsi təqdim olunacaq
İxracatçılar üçün forvard məzənnəsi birbaşa ölkənin Mərkəzi Bankından veriləcək.Türkiyə rəsmiləri türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təqdim etmək niyyətindədir.
Marja.az xəbər verir ki, bunu bazar ertəsi Pprezident Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq.
"Valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək", - Türkiyə lideri bildirib.
Forvard məzənnəsi - bankın investorla bağladığı forvard müqaviləsində nəzərdə tutulmuş, bankın müəyyən edilmiş gələcək tarixdə valyuta mübadiləsinə hazır olduğu məzənnədir.
Bundan əlavə, Ərdoğan lirənin volatilliyinə qarşı mübarizə üçün hər cür səy göstərəcəyini vəd edib.
“Məzənənin dəyişkənliyini dayandıraraq, biz əlimizdən gələni edirik və bunun üçün lazımi iqtisadi alətlərdən istifadə edirik. Vətəndaşlara yeni iqtisadi alternativlər təklif edirik, türk lirəsi ilə depozitlərə yeni qaydalar tətbiq edəcəyik. Beləliklə, vətəndaşlar lirəni dollara çevirmək məcburiyyətində qalmayacaqlar. Lirədəki əmanət üzrə gəlir hazırkı dolların məzənnəsindən aşağı olarsa, əmanətçilərə təzminat ödəniləcək”, - Türkiyə prezidenti əmin edib.
O, həmçinin dollarla əmanətləri olan Türkiyə vətəndaşlarının respublika iqtisadiyyatının xeyrinə onları lirəyə çevirməyə başlayacağına ümid etdiyini bildirib. Ərdoğanın sözlərinə görə, volatillik tezliklə dayana bilər və o zaman hamı inflyasiyanın düşdüyünü görəcək. Türkiyə lideri hesab edir ki, bu təsir bir neçə aydan sonra müşahidə olunacaq.
Ərdoğanın fikrincə, Mərkəzi Bankın faiz dərəcələrini daha da aşağı salması “bir neçə aydan sonra inflyasiyanın aşağı düşməsinə səbəb olacaq”. Bundan əlavə, o, əhalinin ölkənin maliyyə sistemində iştirak etməyən 280 milyard dollarlıq qızılının olmasına diqqət çəkib. Prezident bu qızılın iqtisadiyyata axması və işləməsi üçün maliyyə alətləri yaratmağa söz verib.
Türk lirəsi dollar və avro qarşısında möhkəmlənir
Dünən günortadan sonra kəskin ucuzlaşan Türk Lirəsi (1 dollar 18,36 lirəyə yüksəlmişdi), axşam saatlarında Tayyib Ərdoğanın ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı açıqlamalarından sonra dollar və avro qarşısında qəfil möhkəmlənib. Dollar lirə qarşısında ucuzlaşaraq, Amerika valyutasının vahidi üçün 13,19 lirəyə düşüb. Gün ərzində 20,68 lirəyə yüksələn avro 15,20 lirəyə kimi ucuzlaşıb.
Yerli ekspertlər belə qəfil dəyişkənliyi gündəliyi ölkədəki iqtisadi vəziyyət olan Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın açıqlamaları ilə əlaqələndirirlər.
Türk lirəsi sentyabr ayından başlayaraq daha sürətlə ucuzlaşıb. Buna səbəb Mərkəzi Bankın, güman edildiyi kimi, hakimiyyətin təzyiqi altında faizini aşağı salmaqda davam edən siyasətidir. Belə ki, ötən həftə Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 15%-dən 14%-ə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
17 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
18 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
-
19 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























