Unibankın mobil əlavəsi ilin ən yaxşı mobil tətbiqi seçilib
(®) “Unibank”ın mobil əlavəsi olan UBank maliyyə və biznes sahəsində ilin ən yaxşı mobil tətbiqi seçilib.
UBank səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2020/2021 Milli İnternet Mükafatını alıb. UBank artıq ikinci dəfədir ki, bu yüksək mükafata layiq görülür.
UBank hazırda ölkə bank müştərilərinin ən çox istifadə etdiyi bank mobil əlavələri içərisində ilk yerlərdədir. Hazırda 1,2 milyondan artıq istifadəçisi olan mobil tətbiq, ölkədəki digital transformasiya və innovasiya trendinin liderlərdən biridir. UBank-ın aktiv istifadəçiləri əməliyyatların 90%-ni bank filiallarına gəlmədən həyata keçirirlər. UBank təkcə Unibank müştərilərinin deyil, həm də bankın müştərisi olmayan şəxslər üçün də çox rahat və əlverişli platformadır. Hazırda 300 000-dən çox şəxs Unibank müştərisi olmadan belə, UBank-dan aktiv istifadə edir.
Qoşulması çox asan olan UBank mobil bankçılıq vətəndaşlarımızı məsafədən təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
UBank İOS və Android platformalarında işləyir. “Unibank”ın mobil bank xidmətini öz smartfonunuza və planşetinizə asanlıqla yükləyə bilərsiniz. Tətbiq haqda daha geniş məlumatı bu linkdən (https://unibank.az/az/umobile/index) öyrənə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























