“Qızıl-2” ani lotereyasında iki böyük uduş öz sahibini tapdı
(®) “Azərlotereya” ASC tərəfindən təşkil olunan “Qızıl-2” ani lotereyasında iki böyük uduş qazanılıb. Hər biri 25000 manat olan böyük uduşlar öz şanslı qaliblərinə bölgələrdə nəsib olub.
Böyük uduşa Ordubad şəhərində sahib olan Saleh İbrahimov ani lotereyanı rayon mərkəzində köşkdən aldığını deyir.
“Biletləri bir gün qalib olacağıma inanaraq alsam da mənə bu xoş xəbəri verəndə təəccübdən qalib olduğuma inana bilmirdim. Bundan sonra bilet almağa davam edəcəyəm. Hər kəsə tövsiyə edirəm ki, ani lotereya biletlərini əldə edərək şanslarını sınasınlar”, deyə S.İbrahimov sevincini bölüşüb.
“Qızıl-2” ani lotereyasında qazanılan ikinci böyük uduş isə Beyləqanda qeydə alınıb. Beyləqan sakini Tarzan Ağayev isə hər kəsi ani lotereyaları almağa, şansın bir gün mütləq onların da üzünə güləcəyinə inandığını söyləyib.
“Qızıl-2” ani lotereyasının oyun qaydaları barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
https://azerlotereya.com/az/content/67
Xatırladaq ki, “Qızıl-2” ani lotereyasında böyük uduş – 25000 manat qazanmaq şansı hələ də qalır. “Azərlotereya” ASC tərəfindən təşkil olunan “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsindən, dekabrın 17-dən etibarən isə “Optimal” mağazalarında əldə etmək mümkündür.
“Azərlotereya” ilə şansınızı gözlətməyin. Ətraflı məlumatı www.azerlotereya.com rəsmi saytından əldə edə bilərsiniz.
“Azərlotereya” ASC haqqında:
"Azərlotereya" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır. "Azərlotereya" ASC Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirir. "Azərlotereya" ASC Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının üzvüdür. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 16 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)









.jpg)



