Dövlət Vergi Xidmətinin rəisi: Dağ-mədən sektoru ilə bağlı intensiv işlər həyata keçirilir
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxış edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Paşa bank” ASC-nin birgə təşkilatçılığı ilə “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin dağ-mədən sektorunda aparılan islahatlar, yeni maliyyə mexanizmləri, sektorda dövlət inzibatçılığı məsələləri və sahənin inkişaf pespektivləri müzakirə edilib.
Xidmətin yaydığı məlumata görə, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması, mədən sənayesində şəffaflığın təmin edilməsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həyata keçirilən işlər, mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində qəbul edilən qərarlar, hərraclar vasitəsi ilə yerin təkinin istifadəyə verilməsi barədə məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi barədə danışıb. Dağ-mədən sektorunun böyük inkişaf potensialı olduğunu qeyd edən O.Nəzərli hər bir iqtisadi seqmentin inkişafının bu sektorun şəffaf fəaliyyəti, aydın qanunvericilik bazası, effektiv nəzarət mexanizmlərinin tətbiqi ilə mümkün olduğunu bildirib.
Qeyd edilib ki, hazırda İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında bu sahədə həyata keçirilən işlərin tənzimlənməsi məqsədilə sıx koordinasiya qurulub. Ölkə başçısının yerin təkindən istifadə ilə bağlı mexanizmlərinin təkmilləşdirilməsi və bu sahəyə dövlət nəzarətinin gücləndirilməsini nəzərdə tutan müvafiq Fərmanından irəli gələrək hər iki nazirliyin nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, bu sahənin inkişafı üçün strateji hədəflərin müəyyən olunması, bu sahədə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması yollarının birgə müzakirəsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə faydalı qazıntıların çıxarılması ilə bağlı məsələlərin üzərində intensiv işlər həyata keçirilir.
O.Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi ilə bağlı görülmüş işlər, həmçinin yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər barədə məlumat verib.
Tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov və digərləri çıxış ediblər.
Tədbir təqdimat və panel müzakirələrlə davam edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
5 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
5 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
5 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
