Kartmane kartını artıq “eManat” terminallarından sifariş edə bilərsiniz
(®) Rabitəbankdan daha bir yenilik! Kartmane Debit (Yaşıl və Premium) kartlarının satış kanallarının artırılması məqsədi ilə yeni imkan yaradılıb.
Müştərilər banka yaxınlaşmadan, ən yaxın “eManat” ödəniş terminalları vasitəsi ilə Kartmane Debit kartını sifarişini edə biləcəklər. Bunun üçün terminalın ekranında “Bank xidmətləri” bölməsində “Rabitəbank”ı seçərək “Fiziki şəxs” kimi “Kartmane sifarişi” xanasına keçid edirsiniz. Burada sizə Kartmane kartının növləri və aylıq xidmət haqqısı təqdim olunacaq. İstəyinizə uyğun kartı seçdikdən sonra Şəxsiyyət Vəsiqəsinin FİN kodunu və mobil əlaqə nömrənizi daxil edirsiniz. Mobil nömrənizə təsdiq üçün SMS vasitəsilə göndərilən kodu ekranda daxil etməlisiniz. Daxil edilmiş məlumatların düzgünlüyünü yoxlayaraq təsdiq etdikdən sonra ödəniş üçün terminala vəsaiti daxil edirsiniz və sifarişiniz qəbul olunur. Ödəniş keçmədiyi halda sifariş qəbul edilmir.
Qeyd edək ki, bu funksionallıq, yəni terminal vasitəsilə plastik bank kartı sifarişi ölkəmizdə bir ilkdir. Kartmane kartında həm pul saxlamaq, həm də pul xərcləmək qazandırır. Kartmane sahibi olan hər kəs bütün ödənişlərdən 2%, bütün YDM-lərdən 10%, bütün kafe, restoran və marketlərdən 5% keşbek qazanmağın üstünlüyü ilə yaşayırlar. Kartdakı qalıq məbləğə görə isə hər ay əmanətlərdə olduğu kimi illik 6%-dək depozit gəliri hesablanır. Bundan başqa 600-dən çox tərəfdaş şəbəkəsindən isə ödənişlərdə əlavə 40%-dək keşbek qazanmaq mümkündür!
Bu və digər mövcud kampaniyalar barədə ətraflı məlumat əldə etmək üçün Bankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, sosial media hesablarında ismarıc göndərə və ya www.rabitabank.com saytını ziyarət edə bilərsiniz.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
24 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















