"İnternet TV-lərin lisenziya məsələsi könüllüdür"
“Televiziya və saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat yayıma məhdudiyyət qoyulacaq”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.
O bildirib ki, lisenziya məsələsi könüllüdür: “Bizdə internet televiziyaların sayı çoxdur. Onlar kabel şəbəkəsinə qoşulmaq istəyir. Bunun öz tələbləri var. Bu sahədə boşluqlar mövcuddur. Bu boşluğu aradan çıxartmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var”.
MTRŞ sədri qeyd edib ki, televiziya və radioda kiminsə haqqında gedən məlumata görə operativ qaydada məhkəməyə müraciət edilməlidir: “Əks halda bu, şikayət edilə bilməyəcək. Kimsə gedib evində oturur, yadına düşür ki, 3 il əvvəl hansısa saytda, kanalda onunla bağlı nəsə məlumat getmişdi. Bu şikayət 1 ay ərzində verilə biləcək”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








