PAŞA Kapital investisiya bazarına liderlik edir
(®) Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən Paşa Kapital İnvestisiya Şirkəti cari ilin ilk on bir ayı üzrə bazar payını 52%-ə yüksəldərək əməliyyatların ümumi həcminə görə (12.4 milyard manat) birinci olmuşdur.
PAŞA Kapital 2012-ci ilin iyun ayında yaradılmışdır, nəzarət orqanı tərəfindən verilmiş investisiya şirkəti fəaliyyəti üzrə lisenziya əsasında fəaliyyət göstərir və 31 avqust 2012-ci ildən Bakı Fond Birjasının üzvüdür.
PAŞA Kapital investisiya şirkəti vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi xidmətlər göstərməklə investisiya bazarında lider statusunu qazanmışdır. Şirkət yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili imkanları yaradır.
Cari ilin ilk 11 aylıq dövrünə nəzər saldıqda, Şirkətin dövlət qiymətli kağızları bazarında əməliyyatlarının ümumi həcmi 4.7 milyard manat olmuşdur ki, bu da bazarın 51%-ini təşkil edir, korporativ istiqrazlar və REPO bazarında isə bazar payları müvafiq olaraq 31% və 55% olmuşdur.
PAŞA Kapital cari ildə anderraytinq xidməti üzrə də bir sıra uğurlu layihələrə imza atmışdır. Cari ildə ümumilikdə nominal qiymətlə 113 milyon manat həcmində qiymətli kağız buraxılışı olmuşdur ki, bunların 50 milyon manatı xarici valyutada (ABŞ dollar) tədavülə buraxılmışdır. Vurğulamaq mütləqdir ki, yerli kapital bazarının canlanması üzrə atılan uğurlu addımlar nəticəsində PAŞA Kapital Bakı Fond Birjasıvə digər nüfuzlu təşkilatlar tərəfindən də mükafata layiq görülmüşdür.
İnvestisiya məsləhətinin verilməsi xidməti müştərilər tərəfindən xüsusilə dəyərləndirilən xidmət sahəsidir. Bu xidmətin funksiyalarına müştərinin risk və gəlir iştahasının ilkin qiymətləndirilməsi, risk və gəlir profilinin müəyyənləşdirilməsi, profilə əsasən uyğun investisiya portfelinin formalaşdırılması, investisiya ediləcək məhsulların siyahısının hazırlanması və bu məhsullara yatırım etmək üçün imkanların yaradılması və məhsulların əldə edilməsi üçün tam dəstəyin göstərilməsi aiddir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























