Yollarda avtomobillərin kəskin artmasına baxmayaraq KASKO alanlar cüzi artıb
Azərbaycana avtomobil idxalının kəskin artmasına və yollarda avtomobillərin çoxalmasına baxmayaraq avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları yüksək templə artmır.
Marja.az Mərkəzi Banka itinadən xəbər verir ki, 2021-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 32 milyon 436 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 482 min manat və ya 1,5% çoxdur. 2020-ci ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 31 milyon 954 min manat sığorta haqları hesabalanmışdı.
2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 956 min manat və ya 18,5% artaraq 12 milyon 508 min manat təşkil edib. Ötən ilin 10 ayında KASKO üzrə ödənişlər 10 milyon 552 min manat olmuşdu.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) xarici ölkələrdən Azərbaycana 744 milyon 379 min dollar dəyərində 72 min 902 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib. Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 10 ayı ilə müqayisədə 30 min 75 ədəd və ya 70,12% (1,7 dəfə) çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




