"Optimal Elektronika"nın böyük məbləğdə xalis mənfəət əldə etdiyi məlum oldu
Mebellərin, avadanlıqların və məişət cihazlarının satışı fəaliyyətilə məşğul olan "Optimal Elektronika" MMC 2020-ci 27 milyon 63 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Optimal Elektronika"nın xalis mənfəəti 2019-cu illə müqayisədə 2020-ci ildə 5 milyon 629 min manat və ya 26,3% artıb. Şirkət 2019-cu ili 21 milyon 435 min manat xalis mənfəət ilə bağlamışdı.
3 il ərzində (2018-2020) "Optimal Elektronika" MMC cəmi 69 milyon 538 min 291 manat xalis qazanc əldə edib.
İLLİK SATIŞLARI 100 MİLYON MANATDAN ÇOXDUR
2019-cu ildə 98 milyon 236 min manat təşkil etmiş cəmi xalis əməliyyat gəlirləri 2020-ci ildə 106 milyon 583 min manata yüksəlib.
31 Dekabr 2020-ci il tarixində şirkətin nisyə portfeli 38 milyon 844 min manat, ödəmə vaxtı keçmiş (gecikəmiş) kredit portfeli isə 4 milyon 48 min manat təşkil edib. Hər iki portfel 2019-cu illə müqayisədə artıb.
Qeyd edək ki, "Optimal Elektronika" MMC 100% Əsgərov Əhəd Tofiq oğluna məxsusdur. Əhəd Əsgərov "Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) da qanuni təmsilçisidir. Bu təşkilat 2020-ci ildə yaradılıb.
Xəbər verdiyimiz kimi, 23 noyabr 2021-ci il tarixində "Optimal Elektronika" MMC-nin hər birinin nominal dəyəri 1 min manat olan 2 min 500 ədəd faizli təmin edilməmiş sənədsiz istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcəkdir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 12%, tədavül müddəti 18 aydır. Kupon faizləri hər 6 aydan bir ödəniləcəkdir.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaranmışdır. Hazırda “Optimal Elektronika” 78 filialı, 6 Servis Mərkəzi və böyük işçi qüvvəsi ilə Azərbaycanın bütün ərazilərində xidmət göstərməkdədir. Şirkət Azərbaycanda Bosch, Samsung, Vestel, Sony, LG, AEG, Sharp, Philips, Huawei, Gorenje, Simfer, Babyliss, Braun, Carrier, Beurer, Delonghi, Pfaff, Singer, JBL, Maxwell, Addison, Mikado, Everest, Remington, Tognana, Kenwood, Karcher, Vitek, S-link, Rampage, Snopy, Zanussi, Russell Hobbs, Aldora brendlərinin rəsmi tərəfdaşıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 1 saat əvvəl
-
-
23 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 23 saat əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
























