Bayden 1 trilyon dollarlıq qanunu imzaladı
“Sizə söz verirəm: həyatınız yaxşıya doğru dəyişəcək!”ABŞ prezidenti Co Bayden bir neçə ay davam edən gərgin müzakirə və səsvermədən sonra, ABŞ-dakı infrastruktur sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsinə dair qanun layihəsini imzalayıb.
Marja xəbər verir ki, 1,2 trilyon dollarlıq investisiya paketi ölkə tarixində ən iri proqramlardan biridir.
İnvestisiya paketinin yarısına qədəri - 550 milyard dolları 5 il müddətində avtomobil yollarının, körpülərin, hava limanlarının, su, qaz və enerji sistemlərinin, liman və kanalların, həmçinin ictimai nəqliyyat infrastrukturunun yenidən qurulması və yeni obyektlərin inşası üçün nəzərdə tutulub.
Proqramın qalan hissəsi hesabına həm yeni iş yerlərinin yaradılması, həm də təmiz enerji, genişzolaqlı internet və telefon rabitəsi xidmətlərinin yaxşılaşdırılması, eləcə də elektrikli avtomobillər üçün enerjidoldurma məntəqələrinin yaradılması nəzərdə tutulur.
“Biz uzun müddət dünyanın ən yaxşı iqtisadiyyatına malik olmaqla öyünmüşük. Amerikanın ən yaxşı və təhlükəsiz yol, nəqliyyat və aeroport sistemlərinin olduğunu iddia etmişik. Bugün isə, nəhayət ki, bunları gerçəyə çeviririk. Mənim Amerika xalqına mesajım: Amerika yenidən irəli doğru gedir və sizin həyatınız yaxşıya doğru dəyişəcək”. - Bayden imzalanma mərasimindəki çıxışında qeyd edib.
Bununla belə, reytinq və etimad problemi ilə üzləşən prezident 1,8 trilyon dollara yaxın növbəti proqramını - sosial xidmətlər və dəstək paketini də qanunverici orqandan keçirməlidir.
Ötən həftəsonu Washington Post və ABC media qurumlarının birgə təşkil etdiyi rəy sorğusunda amerikanların cəmi 41 faizi Baydeni prezident kimi dəsdəklədiklərini, 39%-i isə onun iqtisadi siyasətini bəyəndiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























