Nazirlik 9 şadlıq sarayının sahibini cəzalandırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bir sıra şadlıq saraylarında nəzarət tədbirləri keçirilib.
Xidmət rəisi Hikmət Əlizadənin verdiyi məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nizami və Qaradağ rayonlarında fəaliyyət göstərən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
H.Əlizadənin sözlərinə görə, Səbail rayonunda fəaliyyət göstərən “Tiflis” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı məlum olub.
“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























