Gipsə də aksiz dərəcəsi tətbiq edilir - İDARƏ RƏİSİNDƏN AÇIQLAMA
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər 5 blok üzrə cəmləşdirilə bilər”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, layihəyə aşağıdakı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilib:
"Bunlar Vergi bazasının genişləndirilməsi və ofşor zonalarda aparılan əməliyyatları əhatə edən vergi nəzarətinin gücləndirilməsi; Sosial xarakterli güzəştlər vasitəsi ilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, habelə sosial dəstək çərçivəsində bank sektorunun vergi yükünün azaldılması; Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; Kölgə iqtisadiyyatına qarşı mübarizə çərçivəsində vergidən yayınma hallarının qarşısının alınması; Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə inzibatçılığın gücləndirilməsi, habelə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmiləşdirilməsidir".
İdarə rəsii bildirib ki, ilk olaraq aksizli məhsulların dərəcələrində artım olacaq: “Məhz zərərli məhsullar üzrə istehlakın azaldılması üçün nəzərdə tutulan addımlardan biri də vergilərin artırılması ilə bağlıdır. Məcəllədə dəyişiklik istiqamətində alkoqollu içkilər üzrə və tütün məhsullarında artım nəzərdə tutulur. Digər tərəfdən, ölkənin ekoloji mühitinin qorunmasında mühərrikinin həcmi 3000 kub/metr-dən yuxarı olan avtomobillərin də aksiz dərəcələrində artım təklif olunur. Eyni zamanda istismar müddəti uzun olan avtomobillərin də aksiz dərəcələrinə yüksəldici əmsalların tətbiqi nəzərdə tutulur. Digər dəyişiklik istiqaməti mədən vergisinə cəlb edilən gips və gəc məhsulları ilə bağlıdır. Sement və xammal üçün tətbiq edilən aksiz dərəcəsinin gipsə və gəcə də tətbiq edilməsi nəzərdə tutulur. Mədən vergisi üzrə vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. Gələcəkdə vergitutma obyektlərinin bərabərləşdirilməsi siyasəti də həyata keçiriləcək”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
51 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
52 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib

















.jpg)







