7 dövlət şirkəti özəlləşdirilməyə açıq elan edildi - ADLARI
"Azərbaycan Sənaye Korporasiyası”na daxil olan 7 müəssisə özəlləşdirilir.
Marja.az “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinadən xəbər verir ki, “ASK Şüşə”, “ASK Ayaqqabı Fabriki”, “Azəripək”, “ASK Tekstil”, “ASK İzolit” , “ASK Şəki SES” və “ASK Şəki Şərab” şirkətləri özəlləşdirilməyə açıq elan edilib.
Sərəncam, dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alınıb.
Həmçinin siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri də özəlləşdirilməyə açıq elan edilsəcəkdir.
Özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə veriliəcəkdir.
Özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyası (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin ediləcək.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin SİYAHISI.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli Sərəncamına əlavə
1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
40 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib




























