Azərbaycan bankından 8,7 milyon manat xalis qazanc - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
“AFB Bank”ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 8 milyon 676 min manat təşkil edib. Bankın xalis mənfəəti 2020-ci ilin 9 ayında 1 milyon 774 min manat təşkil etmişdi.
Marja Bankın hesabatına istinadən xəbər verir ki, “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2021-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 3 min manat və ya 30% azalaraq 18 milyon 644 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri 2020-ci ilin 9 ayında 26 milyon 647 min manat təşkil etmişdi.
“AFB Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz gəlirləri) 2021-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1 miylon 926 min manat və ya 13,7% azalaraq 12 milyon 172 min manata düşüb. Bankın cəmi əməliyyat xərcləri 2020-ci ilin 9 ayında 14 milyon 99 min manat təşkil etmişdi.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB: 6,5 MİLYON ƏMƏLİYYAT MƏNFƏƏTİ
2021-ci ilin 9 ayında “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (18 milyon 644 min manat) cəmi əməliyyat xərclərini (12 milyon 172 min manat) üstələdiyindən Bankın 6 milyon 472 min manat əməliyyat mənfəəti yaranıb. Ötən ilin eyni dövründə Bankın əməliyyat mənfəəti 12 milyon 548 min manat təşkil etmişdi.
2021-ci ilin 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli məqsədli ehtiyatdan qayıtmış (azad olmuş) 2 milyon 205 min manat da mənfəətə əlavə edilib və cəmi mənfəət 8 milyon 676 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında “AFB Bank” 12 milyon 548 min manat əməliyyat mənfəətindən 10 milyon 774 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından həmin dövrü 1 miylon 774 min manat xalis mənfəət ilə başa vurmuşdu. Bu il ehtiyatdan vəsaitin azad olması Bankın qeyri-işlək kreditlərinin azaldığına, yəni kredit portfelinin keyfiyyətinin artdığına işarədir.
30 Sentyabr 2021-ci il tarixində “AFB Bank” 273 milyon 72 min manat cəmi aktivlərə malik olub. Bank 2020-ci ilin sonunda 281 milyon 427 min manat cəmi aktivlərə malik idi.
30 Sentyabr 2021-ci il tarixində “AFB Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 155 milyon 759 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portfeli 182 milyon 229 min manat təşkil etmişdi.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALARI ARTIRIB
“AFB Bank”ın qiymətli kağızlara investisiyaları 1,8 dəfə artaraq 30 milyon 239 min manata yüksəlib.
DEPOZİTLƏR ARTIB
“AFB Bank”da depozitlər 2020-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 3 milyon 135 min manat və ya 2,8% artaraq 113 milyon 703 min manata çatıb. O cümlədən, hüquqi şəxslərin depozitləri 8 milyon 767 min manat və ya 12% artaraq 87 milyon 437 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2021-ci il tarixində “AFB Bank” 84 milyon 650 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 75 milyon 806 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)













