"Zərəri 3-cü rübdə yarıya endirdik və ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik"
"AccessBank", əsasən faiz gəlirlərinin artması hesabına xalis zərərini azaldır. Belə ki ki, 2021-ci ilin ilk yarısının (yanvar-iyul) yekununda "AccessBank"ın xalis zərəri 2 milyon 24 min manat təşkil etmişdi. 3-cü rübdə (iyul-sentyabr) Bank xalis zərərini 2,2 dəfə azaldaraq 917 min manata endirməyə nail olub.
Marja xəbər verir ki, "AccessBank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edib:
“Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelinin artırılmasıdır və biz bunun öhdəsindən uğurla gəlirik. Bank hər ay 4 mindən çox sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə bağlılığımızın əyani sübutudur. Bundan başqa, ilin birinci yarısında yaranan zərəri üçüncü rübdə yarıya endirdik və onu ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik. Depozit portfeli, likvidlik göstəriciləri də sabit müsbət tendensiya göstərir. Əminik ki, pandemiyanın yaratdığı fəsadlar aradan qalxacaq və AccessBank iqtisadiyyata fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidini artırmağa davam edəcək”.
Qeyd edək ki, "AccessBank" böyüməkdədir, aktivləri 1 milyard manata yaxınlaşıb. “AccessBank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 89 milyon 41 min manat və ya 10,4% artaraq 944 milyon 895 min manata yüksəlib.
“AccessBank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 69 milyon 578 min manat və ya 13,8% artaraq 572 milyon 160 min manata çatıb. O cümlədən, istehlak kreditləri 19 milyon 900 və ya 37,6% artaraq 72 milyon 751 min manata, biznes kreditləri 49 milyon 770 min manat və ya 11,2% artaraq 492 milyon 155 min manata yüksəlib.
"AccessBank"ın maliyyə nəticələri ilə bağlı yaydığı məlumatda bildirilir ki, kredit portfelinin 86%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 430,6 milyon manat kredit verilib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 164,3 milyon manat çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
18 d. əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
-
- 27 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
1 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Ən çox oxunanlar
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti





















